Tom Bredi Olimpiadada iştirak etməyi istisna etmir

21 Mart 2026 12:13
377
Tom Bredi Olimpiadada iştirak etməyi istisna etmir

Amerikan futbolunun tanınmış siması Tom Bredi 2028-ci ilin Los-Anceles Olimpiadasında flaq-futbol turnirində iştirak imkanını istisna etmədiyini bildirib.

Bu barədə İdman.Biz xəbər verir.

Bredi “Good Morning America” verilişində “Heç vaxt heç vaxt demə’” deyərək, belə ssenarinin olduğunu istisna etməyib.

48 yaşlı oyunçu 2023-cü ildə karyerasını bitirsə də, daha çox məşqçi və ya məsləhətçi rolunu nəzərdən keçirəcəyini bildirib və ABŞ millisində hazırkı NFL ulduzlarını görmək istədiyini deyib.

O, həmçinin martın 21-də Los-Ancelesdə keçiriləcək “Fanatics Flag Football Classic” turnirində komandaların birinin kapitanı olacağını açıqlayıb.

Qeyd edək ki, Superbol - ABŞ-da Amerikan futbolunun zirvəsi sayılan və hər il keçirilən NFL final oyunudur.

İdman.Biz
Məqalədə: