Rusiya millisinin sabiq futbolçusu Fyodor Kudryaşov “Fight Nights” qaydasız döyüş turnirində iştirak edəcək.
İdman.Biz xəbər verir ki, bu barədə liqanın prezidenti Kamil Qaciyev açıqlama verib.
Döyüş aprelin 14-də təşkil olunacaq.
Qeyd edək ki, Kudryaşov 2016–2021-ci illərdə Rusiya millisinin heyətində 48 oyun keçirib. O, klub karyerası ərzində “Spartak”, “Krasnodar”, “Rubin”, “Rostov” və Türkiyənin “Başakşehir” komandalarında çıxış edib.
