Almaniyanın “Bavariya” futbol komandasının kapitanı Coşua Kimmix Çempionlar Liqasının 2025/2026 mövsümünün 1/8 final mərhələsində “Atalanta”ya qarşı keçirdikləri ilk oyun (6:1) barədə fikirlərini bölüşüb.
İdman.Biz UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, təcrübəli futbolçu komandasının çıxışından razı qalıb:
“Oyuna tam daxil olmaq üçün bizə təxminən beş dəqiqə lazım oldu. Bundan sonra bir-birinin ardınca təhlükəli vəziyyətlər yaratmağa başladıq. Rəqibə ciddi problemlər yarada biləcəyimizi bilirdik. Komandanın 1:6 hesabı ilə uduzmasına baxmayaraq, azarkeşlərin öz oyunçularını belə coşğu ilə irəli səsləməsini heç vaxt görməmişdim. Bu, təsiredicidir və bu stadiondakı ab-hava, azarkeşlər haqqında çox şey deyir”.
Qeyd edək ki, “Bavariya” və “Atalanta” arasındakı cavab qarşılaşması martın 18-də keçiriləcək.
