Neymardan “ehtiyatsız” bəyənmə: “Məni tanıyanlar bilir ki...” - FOTO

10 Mart 2026 16:27
93
Neymardan “ehtiyatsız” bəyənmə: “Məni tanıyanlar bilir ki...” - FOTO

Braziliya futbol millisinin və “Santos” komandasının hücumçusu Neymar sosial şəbəkələrdə geniş müzakirə olunan növbəti hadisə ilə gündəmə gəlib.

İdman.Biz xəbər verir ki, bir modelyerin cəlbedici fotosunu bəyənən ulduz futbolçu özünə bəraət qazandırmağa çalışıb. Neymar izləyicilərinin diqqətindən qaçmayan bu hərəkətinə görə şərh bölməsində xüsusi açıqlama yayıb.

Neymar fotonu görmədiyini və bəyənmənin texniki xəta olduğunu vurğulayıb:

“Bu, təsadüfən baş verən bir bəyənmə idi, mən hətta həmin fotonu görməmişdim, dostlarım mənə xəbər verdi. Məni izləyənlər bilir ki, bu cür vəziyyətlərdən qaçmaq üçün mən demək olar ki, heç vaxt qadın fotolarını bəyənmirəm”.

Futbolçu müasir dünyada kiçik bir bəyənmənin böyük hadisəyə çevrilməsindən narazılığını da gizlətməyib:

“İndiki vaxtda insanların instaqramdakı bəyənmələrə reaksiya vermə tərzi bir az dəlilikdir. İstəyir inanın, istərsə də inanmayın, görünür, bu platforma elə bunun üçün mövcuddur”.

İdman.Biz
Məqalədə: