İspaniyanın “Real Madrid” futbol klubu yayda baş məşqçi postuna yeni təyinat edə bilər.
İdman.Biz xəbər verir ki, ESPN-in məlumatına görə, Madrid təmsilçisi argentinalı mütəxəssis Maurisio Poçettino ilə maraqlanır. Klub rəhbərliyi mövsümün sonunda məşqçi dəyişikliyi ehtimalını nəzərdən keçirir.
Mənbənin yazdığına görə, hazırda komandanı çalışdıran Alvaro Arbeloanın vəzifədə qalması üçün ya mövsümün son hissəsində möcüzəvi nəticələr əldə etməsi, ya da UEFA Çempionlar Liqasını qazanması lazımdır.
Əks halda, “Kral klubu”nun yayda yeni baş məşqçi təyin edəcəyi gözlənilir.
