Aleks Ferqyusonun yeni kitabı satışa çıxacaq

10 Mart 2026 15:56
98
Aleks Ferqyusonun yeni kitabı satışa çıxacaq

Əfsanəvi şotlandiyalı mütəxəssis Alex Ferguson yeni kitabını təqdim etməyə hazırlaşır.

İdman.Biz xəbər verir ki, “Matçlarımın hekayəsi” adlı kitabın oktyabr ayında satışa çıxacağı gözlənilir. Bu memuarlarda məşhur məşqçi həyatında xüsusi yer tutan oyunlardan bəhs edir.

Ferqyuson bildirib ki, kitab üçün xüsusi olaraq 21 matç seçib:

"Bu kitab üçün 21 oyun seçmişəm və onların hər biri mənim üçün çox böyük məna daşıyır. Ola bilər ki, seçimim sizi təəccübləndirsin. Çünki əvvəllər yazdığım və ya hər bir azarkeşin dərhal xatırlaya biləcəyi məşhur matçları yenidən yada salmaq əvəzinə, həyatımın müxtəlif dövrlərinə məni qaytaran oyunları seçmişəm. Bu matçların xatirələri bu gün də mənim üçün çox dəyərlidir.

Hətta həmin oyunların bəzilərinin videogörüntüləri televiziya arxivlərində belə qorunmayıb. Onlar sadəcə xatirələrdə qalıb. Amma mən bu matçları hələ də düşüncələrimdə ən xırda detallarına qədər yenidən canlandıra bilirəm".

İdman.Biz
Məqalədə: