İran çempionatında çıxış edən özbəkistanlı futbolçuların hamısı bu ölkəni tərk ediblər

7 Mart 2026 17:20
120
İran çempionatında çıxış edən özbəkistanlı futbolçuların hamısı bu ölkəni tərk ediblər

İran çempionatında çıxış edən bir neçə özbək futbolçu regionda vəziyyətin gərginləşməsi fonunda bu ölkəni tərk ediblər.

İdman.Biz bu barədə Özbəkistan KİV-ə istinadən məlumat yayıb.

Məlumata görə, bəzi oyunçular artıq digər dövlətlərə yollanıblar. Futbolçulardan bir qismi isə vətəni Özbəkistana qayıdıb.

Qeyd olunur ki, qərar bölgədəki hərbi eskalasiyanın fonunda təhlükəsizlik səbəbilə qəbul edilib.

İdman.Biz
Məqalədə: