Kubok matçlarında azarkeş sayı təəccübləndirdi: İki oyuna cəmi 650 nəfər

6 Mart 2026 10:20
99
Kubok matçlarında azarkeş sayı təəccübləndirdi: İki oyuna cəmi 650 nəfər

Ötən gün Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

İdman.Biz xəbər verir ki, yarımfinal uğrunda baş tutan iki qarşılaşmanı ümumilikdə 650 tamaşaçı izləyib.

6000 nəfər azarkeş tutumu olan Yevlax şəhər stadionunda keçirilən və “Kəpəz” - “Turan Tovuz” oyununu tribunalardan 350 tərəfdar izləyib.

4500 nəfərlik Qəbələ şəhər stadionunda baş tutan “Qəbələ” - “Sabah” duelində isə 300 tamaşaçı qeydə alınıb.

Qeyd edək ki, “Turan Tovuz” “Kəpəz”i 2:0 hesabı ilə məğlub edib. “Sabah” isə “Qəbələ”ni penaltilər seriyasında üstələyib - 4:2.

İdman.Biz