Dünyanın ən yaxşı gənc futbolçusu açıqlanıb

Xəbərlər
28 Dekabr 2023 09:50
179
Dünyanın ən yaxşı gənc futbolçusu açıqlanıb

Dünyanın ən yaxşı gənc futbolçusunun adı bəlli olub.

İdman.biz xəbər verir ki, İFFHS ölkələr üzrə nümayəndələri arasında keçirdiyi səsvermənin nəticələrini açıqlayıb.

“Real”ın ingiltərəli yarımmüdafiəçisi Cud Bellinqem 20 yaşadək futbolçular arasında planetin ən yaxşısı seçilib. O, “Bavariya”nın almaniyalı ulduzu Camal Musialanı böyük fərqlə qabaqlayıb. İlk “üçlüy”ü “Barselona”nın istedadı Qavi qapayır.

Ümumiyyətlə İspaniya klubunun üç üzvü “Top-10”da yer alıb.

Dünyanın 10 ən yaxşı futbolçusu (U-20)
1. Cud Bellimqem (İngiltərə, “Real) - 276
2. Camal Musiala (Almaniya, “Bavariya”) - 120
3. Qavi (İspaniya, “Barselona”) - 82
4. Lamin Yamal (İspaniya, “Barselona”) - 21
5. Uorren Zair-Emeri (Fransa, PSJ) - 11
6. Florian Virts (Almaniya, “Bayer”) - 9
7-8. Alexandro Qarnaço (Argentina, “Mançester Yunayted”) – 8
Rasmus Hoylund (Danimarka, “Mançester Yunayted”) - 8
9. Pedri (İspaniya, “Barselona”) - 6
10. Endrik (Braziliya, “Palmeyras”) – 5

İdman.biz

Məqalədə: