“Real”da müdafiə problemi: Raul Asensio sıradan çıxdı

27 Fevral 2026 17:18
33
“Real”da müdafiə problemi: Raul Asensio sıradan çıxdı

“Real Madrid” klubu gənc müdafiəçisi Raul Asensionun səhhəti ilə bağlı rəsmi məlumat yayıb. “Benfika” ilə matçdan sonra ağrılar hiss edən futbolçu bu gün geniş müayinədən keçib.

İdman.Biz klubun rəsmi saytına istinadla xəbər verir ki, tibbi heyət tərəfindən aparılan müayinələr nəticəsində 23 yaşlı oyunçuya boyun kontrakturası diaqnozu qoyulub. Bu zədə boyun nahiyəsində əzələlərin qeyri-iradi yığılması nəticəsində hərəkət məhdudiyyəti və kəskin ağrılarla müşayiət olunur.

Rəsmi açıqlamada futbolçunun bərpa müddətinin onun fiziki vəziyyətinin inkişafından asılı olduğu bildirilib. Bu isə o deməkdir ki, gənc müdafiəçinin qarşıdakı La Liqa oyunlarını qaçıracağı böyük ölçüdə dəqiqləşib.

İdman.Biz