Saşa İliç: “Bəsit qollar buraxdıq”

27 Fevral 2026 17:38
51
Saşa İliç: “Bəsit qollar buraxdıq”

“Qələbə münasibəti ilə “Kəpəz”i təbrik edirəm”.

İdman.Biz xəbər verir ki, “Sumqayıt”ın baş məşqçisi Saşa İliç bunu “Kəpəz”lə oyundan sonra açıqlamasında deyib.

“Birinci hissədə bu mövsüm ən bərbad oyunumuzu keçirdik. Belə bəsit qollar buraxdığımıza inana bilmirəm. İkinci yarıda toparlanmağa çalışsaq da aldığımız qırmızı vərəqə hər şeyi dəyişdi. Qarşıda kubok matçımız var. Diqqətimizi ora yönəltməyə çalışacağıq”, - deyə o, söyləyib.

Qeyd edək ki, Misli Premyer Liqasının 22-ci turununun “Kəpəz” - “Sumqayıt” görüşü Gəncə təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz