“Barselona”nın idman direktoru Deko klub prezidentliyinə namizəd kimi Joan Laportaya dəstək verdiyini açıqlayıb.
İdman.Biz xəbər verir ki, o, seçkilər ərəfəsində Laportanın layihəsində yer aldığını bildirib.
“Laportanın layihəsində iştirak edirəm, çünki ona inanıram. Hər şey uğurlu alınsa, qalacağam və işimi davam etdirəcəyəm. Amma ən vacibi mən yox, futbolçular və klubdur”, – deyə Deko vurğulayıb.
O xatırladıb ki, Laporta “Barselona”nın şanlı dövründə də prezident olub və həmin illərdə özü də komandada çıxış edib.
Deku əlavə edib ki, hazırkı mərhələdə klub üçün ən doğru hesab etdiyi variantı dəstəkləyir.
