Azərbaycan futbolu UEFA reytinqində tarixi rekorda imza atıb.
İdman.Biz xəbər verir ki, avrokubokların pley-off mərhələsi ilk raundu yekunlaşdıqdan sonra ölkəmiz 2025/2026 mövsümünü 22,937 xalla 27-ci pillədə başa vurub.
Bu, Azərbaycanın 5 mövsümlük reytinq tarixində qeydə alınan ən yüksək göstəricidir (əvvəlki rekord 20,125 xal idi).
Cari mövsümdə qazanılan 5,812 xal sayəsində Azərbaycan reytinq cədvəlində Rusiya, Slovakiya və Bolqarıstanı geridə qoymağı bacarıb. Bu uğurda əsas pay sahibi Çempionlar Liqasında pley-off mərhələsinə qədər irəliləməyi bacaran edən "Qarabağ"dır (4,687 xal). Digər təmsilçilərimizdən "Sabah" 0,625 xal, "Araz-Naxçıvan" 0,375 xal, "Zirə" isə 0,125 xal töhfə verib.
