“Qarabağ” futbol klubu Çempionlar Liqasında arzuolunmaz göstərici ilə yadda qalıb.
İdman.Biz xəbər verir ki, fevralın 24-də İngiltərədə keçirilən 1/16 final mərhələsinin cavab oyununda Ağdam təmsilçisi səfərdə “Nyukasl”a 2:3 hesabı ilə məğlub olub.
Bu qarşılaşmada buraxılan qollar “Qarabağ” üçün cari mövsümdə 28-ci, 29-cu və 30-cu olub. Bununla da Azərbaycan klubu Çempionlar Liqasında bir mövsüm ərzində ən çox qol buraxan komanda kimi antirekorda imza atıb. Əvvəlki ən pis göstərici 28 qol idi.
Qeyd edək ki, buraxılan topların təxminən üçdə biri məhz “Nyukasl”la oyunlara təsadüf edib. İlk matçda “Qarabağ” 1:6 hesabı ilə darmadağın olmuşdu. İki görüşün ümumi nəticəsi isə 3:9 olub.
