İtaliyalı hakim “Nyukasl” - “Qarabağ” matçına təyin edildi

22 Fevral 2026 14:47
221
İtaliyalı hakim “Nyukasl” - “Qarabağ” matçına təyin edildi

UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə keçiriləcək “Nyukasl” - “Qarabağ” cavab görüşünə hakim təyinatları açıqlanıb.

İdman.Biz UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı İtaliyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi FIFA referisi Davide Massa, yan xətt hakimləri Filippo Meli və Stefano Alassio olacaq. Dördüncü hakim isə Luka Payrettodur.

VAR otağında oyunu Daniele Çiffi və Kristian Dinqert izləyəcək.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə 24 fevral Bakı saat 23:59-da başlayacaq. Qarşılaşma “Sent Ceyms Park” stadionunda təşkil olunacaq. Bakıda keçirilən ilk matçda İngiltərə təmsilçisi 6:1 hesablı qələbə qazanıb.

İdman.Biz