Messi hakimlikdən narazıdır: “Los-Anceles”lə oyundan sonra gərgin anlar - VİDEO

22 Fevral 2026 17:22
88
Messi hakimlikdən narazıdır: “Los-Anceles”lə oyundan sonra gərgin anlar - VİDEO

"İnter Mayami"nin kapitanı Lionel Messi MLS çərçivəsində "Los-Anceles"ə qarşı keçirilən oyundan sonra hakimlərin qərarlarına sərt etiraz edib.

İdman.Biz xəbər verir ki, qarşılaşma Mayami təmsilçisinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Oyunun final fiti səsləndikdən sonra Messi soyunub-geyinmə otağına gedərkən geri qayıdaraq hakimlikdən narazılığını açıq şəkildə nümayiş etdirib. Olduqca qəzəbli görünən dünya ulduzunu yaxın dostu və komanda yoldaşı Luis Suares sakitləşdirməyə çalışıb. Suares argentinalı hücumçunu hakimlərin yanından uzaqlaşdıraraq vəziyyətin daha da gərginləşməsinin qarşısını almağa cəhd edib.

İdman.Biz