"İlk 15-20 dəqiqə rəqib açıq-aşkar bizdən üstün idi. Biz ilk dəqiqələrdən matça yaxşı başlamadıq".
İdman.Biz xəbər verir ki, bu sözləri sport24.az-a açıqlamasında "Zirə"nin qapıçısı Tiaqo Silva deyib.
26 yaşlı qolkiper "Turan Tovuz"a uduzduqları (0:2) Misli Premyer Liqasının 21-ci turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:
"İkinci hissədə nisbətən üstünlüyü ələ aldıq. Bu da təbii idi. Hesabda irəlidə olan kollektiv isə müdafiədə daha diqqətli oynadı. Azsaylı qol şanslarımız oldu, amma faydalana bilmədik. Düşünürəm ki, oyunda daha aqressiv və istəkli tərəf "Turan Tovuz" idi. Daha aqressiv olan tərəf də qələbə qazana bildi".
Braziliyalı qapıçı müdafiəçilərlə əlaqə probleminin olmadığını söyləyib:
"Müdafiədə problemin olduğunu düşünmürəm. Daha əvvəl də buna oxşar qollar buraxmışıq. İlk dəfə deyil. Sadəcə, indiki vəziyyətdə bunları analiz etməli və problemləri aradan qaldırmalıyıq. Qarşımıza avrokuboka vəsiqə qazanmağı hədəf qoymuşuq. Buna çatmaq istəyirik".
Silva bir neçə oyunun əvvəlində qapılarında qol görmələrinə münasibət bildirib:
"İndiki vəziyyətdə bütün komanda yoldaşlarım başa düşməlidir ki, ardıcıl iki mövsüm avrokuboklara əbəs yerə yollanmamışıq. Bəzən göstərdiyimiz aqressiya, pressinq bizə müxtəlif oyunlarda kömək olur. "Turan Tovuz"la qarşılaşmada da aqressiya çatmırdı. Növbəti görüşlərdə daha fərqli çıxış etməliyik".
Oyunçu son olaraq 22-ci turda üz-üzə gələcəkləri "Araz-Naxçıvan"la matç haqqında da fikirlərini bölüşüb:
"Qələbə qazanmaq istəyirik. Bunun üçün çalışmalıyıq. Artıq daha çox aqressiv olmalıyıq. Daha fərqli mübarizə əzmi olsa, qalib gələ biləcəyik".
