La Liqa “Osasuna” azarkeşlərinin Vinisiusa ölüm arzulaması ilə bağlı araşdırmaya başlayıb

22 Fevral 2026 13:00
101
La Liqa “Osasuna” azarkeşlərinin Vinisiusa ölüm arzulaması ilə bağlı araşdırmaya başlayıb

İspaniya La Liqası 25-ci turun "Osasuna" və "Real" arasında keçirilən qarşılaşmasından sonra araşdırmalara başlayıb.

İdman.Biz "The Athletic" nəşrinə istinadla xəbər verir ki, təşkilat matçın video yazılarını təhlil edəcək. İddialara görə, "Osasuna" tərəfdarları oyun boyu Vinisius Juniorun ünvanına "Vinisius, öl" şüarları səsləndiriblər.

Bundan əlavə, tribunaların braziliyalı hücumçuya qarşı "Vinisius, çimərlik topu" deyə qışqırdığı da bildirilir. Bu ifadə futbolçunun 2024-cü ildə "Qızıl top" mükafatını ala

bilməməsinə bir işarədir. Azarkeşlər həmçinin oyunçuya qarşı digər təhqiramiz ifadələrdən də istifadə ediblər.

Təzyiqlərə baxmayaraq, Vinisius qarşılaşmanın 73-cü dəqiqəsində qol vurmağı bacarıb. Cari mövsümdə "Real"ın heyətində 24 matça çıxan ulduz futbolçu doqquz qol və beş məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.Biz