İngiltərə nəhəngləri müdafiəçi ovunda - hədəf “Yuventus”dan

15 Fevral 2026 12:20
108
İngiltərə nəhəngləri müdafiəçi ovunda - hədəf “Yuventus”dan

İtaliyanın "Yuventus" klubunun müdafiəçisi Lloyd Kelli İngiltərənin "Çelsi" və "Liverpul" komandalarının maraq dairəsinə düşüb.

İdman.Biz xəbər verir ki, bu barədə jurnalist Mirko Di Natale məlumat yayıb. Mənbəyə görə, ingilis klubları yay transfer pəncərəsində mərkəz müdafiəçisi axtarır və 27 yaşlı futbolçunu namizədlər siyahısına daxil ediblər.

Turinlilər hələlik oyunçunu satmağı planlaşdırmır. Bununla belə, mümkün transfer alıcılara təxminən 40-50 milyon avroya (təqribən 80-100 milyon AZN) başa gələ bilər. Kellinin klubla müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Müdafiəçi cari mövsümdə bütün turnirlərdə 31 oyuna çıxıb, iki qol vurub və bir məhsuldar ötürmə edib. "Transfermarkt" portalının məlumatına görə, onun bazar dəyəri təxminən 20 milyon avrodur (təqribən 40 milyon AZN).

İdman.Biz