İspaniyanın "Real Sosyedad" klubunun baş məşqçisi Pelleqrino Mataratso çempionatın 24-cü turunda Madridin "Real" komandası ilə keçirilən görüşdə rəqibin qazandığı iki penalti barədə danışıb.
İdman.Biz xəbər verir ki, mütəxəssis hər iki epizodda VAR-ın qərarı dəyişməsi üçün əsas görmədiyini bildirib.
“Hər iki halda təmas var idi, buna görə VAR-ın qərarları ləğv etməyə əsası yox idi. Bəli, oyunçu üstünlük əldə etmək üçün kontakt axtarırdı, amma iki nəfərə qarşı vəziyyət qismən onun qaçışını bloklamaqdan yaranmışdı. Məqsəd onu irəli getməkdən saxlamaq idi, lakin hər iki epizodda bu alınmadı”, - deyə Mataratso söyləyib.
24 turdan sonra Madrid təmsilçisi 60 xalla turnir cədvəlinə başçılıq edir.
