İtaliyanın "Milan" klubunun prezidenti Paolo Skaroninin müşaviri və dünya futbolunun əfsanəsi Zlatan İbrahimoviç ölümdən dönüb.
İdman.Biz xəbər verir ki, İbrahimoviç qarlı havada, qayanın üstündə top çiləyərkən top qəfil ayağından çıxıb və qayadan aşağı düşüb.
Topu saxlamağa çalışan İbrahimoviç səndələyərək qayadan yıxılmaqdan özünü güclə saxlayıb.
İbrahimoviç bu barədə status paylaşaraq, "topu tapsan, saxla", - deyə yazıb.
Xatırladaq ki, Zlatan İbrahimoviç 4 iyun 2023-cü ildə karyerasını başa vurduğunu elan edib.
