“Kəpəz”in bıçaqlanan futbolçusu Veysəl Rzayev təxminən ay yarım – iki ay sonra yaşıl meydanalara geri dönə biləcək.
Bu barədə 23 yaşlı yarımmüdafiəçi özü məlumat verib.
“Şükür, hazırda özümü yaxşı hiss edirəm. Hər şey sağalmağa doğru gedir. Hələ ki, xəstəxanadayam. Dəqiq nə zaman evə buraxılacağımı deyə bilmərəm. Hadisə ilə bağlı danışmaq istəmirəm”, - deyə o, teleqraf.az-a açıqlamasında deyib.
Qeyd edək ki, Veysəl Rzayev fevralın 3-də Gəncədə bıçaqlanıb.
