İngiltərə klublarının qarşılaşmasında meydanda bir nəfər də olsa ingiltərəli olmayıb

12 Fevral 2026 12:46
92
İngiltərə klublarının qarşılaşmasında meydanda bir nəfər də olsa ingiltərəli olmayıb

Ötən gün Sanderlend şəhərində keçirilən İngiltərə Premyer Liqasının 26-cı tur matçı tarixə düşüb. Belə ki, “Sanderlend”-“Liverpul”(0:1) qarşılaşmasında start heyətlərində meydana çıxan 22 futbolçunun heç biri ingilis olmayıb.

İdman.Biz xəbər verir ki, bu, 1992-ci ildə İngiltərə Premyer Liqasının təsisindən bəri qeydə alınan dördüncü belə haldır. İlk dəfə 2009-cu ildə “Arsenal” -“Portsmut” görüşü tamamilə legionerlərdən ibarət heyətlərlə baş tutmuşdu. “Topçular” 2019-cu ildə “Çelsi”yə qarşı oyunda da oxşar statistika ilə yadda qalmışdı.

Bundan əvvəl son belə hadisə 2025-ci ildə “Fulhem” və “Mançester Siti” arasında keçirilən qarşılaşmada qeydə alınmışdı.

İdman.Biz