Türkiyənin “Fənərbağça” klubunda debüt edən N`Qolo Kante ilə bağlı diqqətçəkən bir hekayə yayılıb.
İdman.Biz xəbər verir ki, matçı tribunadan izləyən azarkeşlər arasında Səudiyyə Ərəbistanından olan jurnalist Ala Said də yer alıb. Onun uzun yolu yalnız bir oyun üçün qət etməsi bir çoxlarının marağına səbəb olub.
Jurnalistin verdiyi cavab isə hər kəsi təsirləndirib. O bildirib ki, Kante həyatının ən ağır günündə onun yanında olub. Atasının dəfn mərasimində “Əl-İttihad” klubundan iştirak edən yeganə futbolçu məhz Kante olub. Mərasim Kantenin yaşadığı ərazidən xeyli uzaqda keçirilsə də, o, məsafəyə baxmayaraq bu çətin anda dəstək göstərib.
Ala Said vurğulayıb ki, bunu heç vaxt unutmayacaq və debüt oyununda iştirak etməsi bu xeyirxah insana minnətdarlığını ifadə etməyin ən kiçik yoludur.
