“Barselona” Superliqa layihəsindən çıxdıqdan sonra Avropa Futbol Klubları Federasiyasına qoşulmaq üçün rəsmi müraciət edib.
İdman.Biz xəbər verir ki, bu barədə MD nəşri məlumat yayıb.
Klubun son aylarda UEFA ilə dialoqa xüsusi önəm verdiyi bildirilir. Kataloniyalıların bu addımı Avropa futbol qurumları ilə münasibətlərin normallaşdırılmasına hesablanıb. Məlumata görə, “Real”(Madrid) da artıq eyni istiqamətdə addım atmağa hazırlaşır.
Məlumat üçün qeyd edək ki, Avropa Futbol Klubları Federasiyası 2023-cü ildə yaradılmış müstəqil qurumdur. Təşkilat əsasən Avropanın kiçik və orta səviyyəli klublarını bir platformada birləşdirməyi və onların maraqlarını UEFA qarşısında daha güclü şəkildə təmsil etməyi hədəfləyir.
UEC-in yaranması Avropa futbol idarəçiliyində balansın qorunması, maliyyə ədalətliliyinin artırılması və klubların qərarvermə prosesində daha fəal iştirakı məqsədi daşıyır. Quruma müxtəlif ölkələrdən yüzlərlə klub qoşulub.
