“Tottenhem”i italiyalı mütəxəssis çalışdıra bilər

12 Fevral 2026 10:10
96
“Tottenhem”i italiyalı mütəxəssis çalışdıra bilər

“Tottenhem” rəhbərliyi istefaya göndərilən Tomas Frankın yerinə yeni baş məşqçi axtarışını sürətləndirib. Danimarkalı mütəxəssisin gedişi çərşənbə günü rəsmi şəkildə açıqlanıb.

İdman.Biz xəbər verir ki, yerli KİV bu posta italiyalı Roberto De Zerbinin gətiriləcəyini iddia edir.

Artıq rəhbərlik italiyalı mütəxəssisin namizədliyi ilə ciddi maraqlanır və mümkün əməkdaşlığın şərtləri barədə artıq sorğu göndərib.

De Zerbi 2024-cü ilin yayına qədər “Marsel”i çalışdırıb. 46 yaşlı mütəxəssis daha əvvəl iki il ərzində “Brayton”da uğurlu çıxışı ilə diqqət çəkmişdi və yayılan xəbərlərə görə, yenidən İngiltərə Premyer Liqasına qayıtmaq niyyətindədir.

İdman.Biz
Məqalədə: