Seçki “Barselona”da daşları oynada bilər

9 Fevral 2026 10:12
108
Seçki “Barselona”da daşları oynada bilər

“Barselona”da qarşıdan gələn prezident seçkiləri klubun idman strukturunda ciddi dəyişikliklərə səbəb ola bilər.

İdman.Biz xəbər verir ki, mövcud rəhbərliyə əsas rəqib sayılan Viktor Font qalib gələcəyi halda idman direktoru Dekonu vəzifəsindən uzaqlaşdıracağını açıq şəkildə bildirib.

Onun sözlərinə görə, qurulacaq sistem yalnız təyin ediləcək baş məşqçinin tələblərinə uyğun formalaşacaq və komandanın futbol əməliyyatları ilə birbaşa bağlı olmayan şəxslər kənarda qalacaq.

Font daha əvvəl Vitor Rokenin transferi və İnyiqo Martineslə bağlı qərarları tənqid edib, həmin proseslərin düzgün idarə olunmadığını düşünür.

Buna baxmayaraq, Deko ilə baş məşqçi Hansi Flik arasında güclü iş münasibətlərinin olduğu vurğulanır. Onların futbolçu seçimi və komandanın oyun fəlsəfəsi ilə bağlı eyni baxışları paylaşdıqları bildirilir.

İdman.Biz