İranın "Fəcr Sepasi" klubunun üzvü Mehdi Şərifi çempionat matçında fərqli davranışı ilə gündəm olub.
İdman.Biz xəbər verir ki, futbolçu "Traktor"la görüşdə fərqləndikdən sonra ənənəvi qol sevincini etməyib.
O, bunun əvəzinə İranda keçirilən etiraz aksiyaları zamanı çəkilmiş bir görüntüyə uyğun şəkildə yerdə oturub və köynəyini başına keçirib.
