Neapol şəhər rəhbərliyi 2032-ci ildə İtaliyada keçiriləcək futbol üzrə Avropa çempionatı oyunları üçün Maradona adına stadionun sertifikatlaşdırılmasına hazırlaşır.
İdman.Biz xəbər verir ki, bu isə arenanın UEFA standartlarına uyğunlaşdırılmasını zəruri edir.
Qarşıdakı illərdə stadionda genişmiqyaslı yenidənqurma aparılacaq və bu proses çərçivəsində əsas futbol meydançasını əhatə edən atletika üzrə qaçış zolaqları tamamilə aradan qaldırılacaq.
Onların yerində əlavə tribunal qatları inşa ediləcək.
Qeyd edək ki, stadion ötən əsrin 50-ci illərində tikilib və hazırda 55 min tamaşaçı tutumuna malikdir. Arena indiki rəsmi adını 2020-ci ildə alıb.
