Almaniya Kubokunda maraqlı olay: dovşan meydana çıxdı - VİDEO

5 Fevral 2026 15:20
92
Almaniya Kubokunda maraqlı olay: dovşan meydana çıxdı - VİDEO

Almaniya Kubokunun dörddəbir finalında “Holştayn” - “Ştutqart” oyunu başlamazdan əvvəl meydanda maraqlı hadisə yaşanıb.

İdman.Biz xəbər verir ki, “Holştayn” azarkeşlərindən birinin buraxdığı dovşan qəfil meydana çıxaraq sürətli qaçışı ilə tribunalarda gülüş və təəccüb yaradıb. Hətta meydanda qısa “şou” göstərən heyvan sonda qazon üzərində iz qoyaraq diqqətləri tam üzərinə çəkib.

Oyunun özündə isə söz meydan sahiblərinə yox, qonaqlara məxsus olub. Belə ki, “Ştutqart” görüşdə 3:0 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib.

İdman.Biz
Məqalədə: