“Milan” Stefano Piolini göndərir

Xəbərlər
23 Dekabr 2023 17:25
160
“Milan” Stefano Piolini göndərir

"Milan" baş məşqçisi Stefano Pioli ilə yollarını ayıra bilər.

İdman.biz xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Bildirilib ki, "rossonerilər"in 17-ci turda "Salernitana" ilə 2:2 hesablı heç-heçə etməsi klub rəhbərliyini qəzəbləndirib. Hətta yaxın saatlarda mütəxəssisin komandadan göndəriləcəyi bildirilir.

Qeyd edək ki, "Milan" 17 turdan sonra 33 xalla İtaliya A seriyasında 3-cü pillədə qərarlaşıb.

İdman.biz