Misli Premyer Liqası: 18-ci turda cəzalı olan məşqçilər və futbolçuların adları AÇIQLANDI

30 Yanvar 2026 11:27
101
Misli Premyer Liqası: 18-ci turda cəzalı olan məşqçilər və futbolçuların adları AÇIQLANDI

Bu gün Misli Premyer Liqasında 18-ci turun oyunları baş tutacaq.

İdman.Biz xəbər verir ki, bu turda ümumilikdə yeddi nəfər cəzalıdır.

Onlardan biri baş məşqçi, biri məşqçi köməkçisi, qalan beşi isə futbolçulardır. “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze bu həftə də texniki zonada iştirak edə bilməyəcək. “Sabah”ın məşqçisi Valerio Zuddas da cəzalıdır. Futbolçular arasında isə “Sumqayıt”dan Pedro Pinto, “Turan Tovuz”dan Xorxe Silva, “Araz-Naxçıvan”dan Bəxtiyar Həsənalızadə və “İmişli”dən Ezekiel Morqan ilə Yau Mozes yer alır.

Qeyd edək ki, 18-ci tura bu gün keçiriləcək iki qarşılaşma ilə start veriləcək.

İdman.Biz