Messi Libertadores Kubokunu dağ başıdan canlı yayımlayan şərhçi ilə görüşdü - VİDEO

Xəbərlər
26 Yanvar 2026 06:57
173
Messi Libertadores Kubokunu dağ başıdan canlı yayımlayan şərhçi ilə görüşdü - VİDEO

“İnter Mayami”nin Cənubi Amerika turu hələ başlanğıc mərhələsində olsa da, artıq simvolik və emosional məqamlarla yadda qalıb. Komandanın ilk dayanacağı Peru olub. Lima şəhərində “Aliansa Lima” ilə keçirilən yoldaşlıq oyunu ərəfəsində Lionel Messinin etdiyi jest yerli futbol ictimaiyyətində böyük rezonans doğurub.

İdman.Biz xəbər verir ki, məşhur perulu şərhçi Pol Deportes stadion girişində futbolçuları qarşılayanlar arasında olub. Uzun illər böyük turnirləri işıqlandıran və Libertadores Kubokunun finalını dağ başından canlı yayımlayandan sonra tanınan gənc şərhçi üçün ən böyük arzu Lionel Messi ilə görüşmək idi.

Oyunöncəsi futbolçular azarkeşlərə avtoqraf paylayarkən Messi Pol Deportesə yaxınlaşaraq onunla ünsiyyət qurub və avtoqraf verib.

Pol Deportes həmin anı belə şərh edib:

“Leo, mənim üçün çox xüsusi olan bu an üçün təşəkkür edirəm. Bu, gerçəkləşən bir xəyaldır”.

Messinin Perudakı təsiri bununla da bitməyib. “AlianZa Lima”nın futbolçularından biri - Alan Kantero argentinalı ulduzla forma dəyişdikdən sonra göz yaşlarını saxlaya bilməyib.

İdman.Biz