"Liverpul" "Ayntraxt"ın yolunu davam etdirir: Slot "Qarabağ"la oyundan əvvəl qovula bilər

Xəbərlər
25 Yanvar 2026 11:41
65
"Liverpul" "Ayntraxt"ın yolunu davam etdirir: Slot "Qarabağ"la oyundan əvvəl qovula bilər

İngiltərə Premyer Liqasında çıxış edən “Liverpul”un baş məşqçisi Arne Slotun postundan göndərilməsi qərara alınıb.

İdman.Biz “MatchDay Central”a istinadən xəbər verir ki, “Bornmut”a məğlubiyyətdən sonra klub rəhbərliyi niderlandlı mütəxəssisə olan etimadını tamamilə itirib.

Mənbənin məlumatına görə, “Liverpul” rəhbərliyi Slotla yolların ayrılması barədə daxili qərar verib və artıq onun əvəzləyiciləri üzərində dəyərləndirmələr aparılır.

Arne Slot 2024-cü ildə “Liverpul”a baş məşqçi təyin olunaraq Yurgen Kloppu əvəzləyib. O, ilk mövsümündə komanda ilə İngiltərə çempionu olsa da, cari mövsüm “qırmızılar” üçün uğurlu keçmir. Mersisayd təmsilçisi Premyer Liqada 23 oyundan sonra 36 xalla dördüncü pillədə qərarlaşıb və liderdən 14 xal geri qalır.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində “Qarabağ”la qarşılaşmadan bir neçə gün əvvəl “Ayntraxt” klubu baş məşqçi Dino Toppmöller ilə əməkdaşlığa xitam vermişdi.

Qeyd edək ki, “Liverpul” UEFA Çempionlar Liqasının əsas mərhələsinin səkkizinci turunda “Qarabağ”ı qəbul edəcək. “Enfild” stadionunda baş tutacaq qarşılaşma yanvarın 28-dən 29-na keçən gecə Bakı vaxtı ilə 00:00-da start götürəcək.

İdman.Biz