“George Çixradze: “Yeni transferlər bu gün meydanda özlərini yaxşı tərəfdən göstərdilər”

Xəbərlər
24 Yanvar 2026 17:21
50
“George Çixradze: “Yeni transferlər bu gün meydanda özlərini yaxşı tərəfdən göstərdilər”

“Qəbələ” komandası Misli Premyer Liqasının 17-ci turunda “Şamaxı” ilə oyuna çox yaxşı hazırlaşıb.

İdman.Biz xəbər verir ki, bunu “qırmızı-qaralar”ın məşqçisi George Çixradze matçdan sonrakı mətbuat konfransında deyib.

“Qəbələ”nin məşqçisi qalibiyyət münasibətilə komandanı təbrik edib:

“Bizi çətin oyunun gözlədiyini bilirdik. Yanvarın 4-dən etibarən təlim-məşq toplanışına başlamışdıq və bütün hazırlıq prosesini məhz bu matça kökləmişdik. “Şamaxı” mövsüm ərzində oyun sistemində dəyişikliklər etmişdi. Bu səbəbdən onların hər iki oyun sistemini detallı şəkildə analiz etmişdik”.

George Çixradze komandaya yeni cəlb olunan futbolçuların performansından da məmnun qaldığını qeyd edib:

“Yeni transferlər bu gün meydanda özlərini yaxşı tərəfdən göstərdilər. Artıq komandaya uyğunlaşdıqlarını demək olar”.

Qeyd edək ki, Şamaxı şəhər stadionunda keçirilən görüş “Qəbələ”nin 4:0 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz