Arbeloa “Real”da Ançelottinin prinsiplərinə qayıtmaq istəyir

Xəbərlər
23 Yanvar 2026 11:06
59
Arbeloa “Real”da Ançelottinin prinsiplərinə qayıtmaq istəyir

Madrid “Real”ının yeni baş məşqçisi Alvaro Arbeloa komandanın oyun fəlsəfəsində dəyişiklik etməyi planlaşdırır.
İdman.Biz “Diario AS” nəşrinə istinadla xəbər verir ki, yanvarın 12-də vəzifəsindən azad edilən Xabi Alonsonun dövründə komanda strukturlaşdırılmış futbol və intensiv presinq üzərində qurulmuşdu ki, bu yanaşma yalnız ilkin mərhələdə effekt verdi.
Arbeloa futbolçulara meydanda daha çox sərbəstlik vermək niyyətindədir. Onun prinsipləri Karlo Ançelottinin yanaşmasına daha yaxındır. Bu modeldə oyunçular topa sahib olduqları zaman improvizasiya azadlığı qazanır, hücumçulardan isə müdafiədə maksimum iş tələb olunmur.
Yeni baş məşqçi hesab edir ki, bu yanaşma futbolçuların fərdi keyfiyyətlərini ön plana çıxaracaq və komandanın hücum gücünü artıracaq.
Qeyd edək ki, “Real” 24 yanvarda La Liqanın 21-ci turu çərçivəsində səfərdə “Vilyarreal”la qarşılaşacaq.

İdman.Biz