Türkiyənin “Qalatasaray” komandası UEFA Çempionlar Liqasının qrup mərhələsində bu gün vacib oyuna çıxacaq. İstanbul klubu öz meydanında İspaniyanın “Atletiko Madrid” komandasını qəbul edəcək.
İdman.Biz xəbər verir ki, qarşılaşma bu gün İstanbulda yerləşən RAMS Park stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
Qeyd edək ki, “Qalatasaray” turnirdə indiyədək “Liverpul”, “Bodo-Qlimt” və “Ayaks” üzərində qələbə qazanaraq doqquz xal toplayıb. İstanbul təmsilçisi bu oyunda müsbət nəticə əldə edəcəyi halda ilk 24-lükdə yerini böyük ölçüdə təmin etmiş olacaq.
Tərəflər indiyədək altı dəfə üz-üzə gəlib və “Qalatasaray” hələ də Madrid klubunu məğlub edə bilməyib.
Ehtimal olunan heyətlər:
“Qalatasaray”:
Uğurcan, Sallai, Sançes, Abdulkerim, Eren, Torreyra, Lemina, Sane, Yunus Akgün, Barış Alper, Osimhen
“Atletiko Madrid”:
Oblak, Ruceri, Hançko, Pubil, Llorente, Koke, Barrios, Aleks Baena, Simeone, Alvarez, Sörlot.
Qarşılaşmanın nəticəsi qrupdakı son durum baxımından hər iki komanda üçün xüsusi əhəmiyyət daşıyır.
