Xulian Alvarez İngiltərə Premyer Liqasına qayıtmaq istəyir

Xəbərlər
20 Yanvar 2026 11:35
39
Xulian Alvarez İngiltərə Premyer Liqasına qayıtmaq istəyir

“Atletiko Madrid” klubunun argentinalı hücumçusu Xulian Alvarez yayda İngiltərə Premyer Liqasına qayıtmaq niyyətindədir. Bu istiqamətdə hərəkətə keçən klublardan biri “Çelsi”dir.

İdman.Biz xəbər verir ki, müxtəlif transfer mənbələrinə görə London təmsilçisi 25 yaşlı forvard üçün “Atletiko Madrid”ə təxminən 150 milyon avro (296,6 milyon AZN) məbləğində təklif hazırlayır.

“Çelsi” rəhbərliyi Alvarezi hücum xəttini gücləndirmək üçün əsas hədəflərdən biri kimi dəyərləndirir.

Məlumatlara görə, bu transfer Alvarezin daha əvvəl çıxış etdiyi İngiltərə Premyer Liqasına qayıdışı üçün real imkan yarada bilər.

İdman.Biz