Fransa Liqa 1: "Lion" qələbə qazanaraq dördüncü pilləyə yüksəldi - YENİLƏNİB

19 Yanvar 2026 01:55
263
Fransa Liqa 1: "Lion" qələbə qazanaraq  dördüncü pilləyə yüksəldi - YENİLƏNİB

Liqa 1-in gərgin keçən "Lion" - "Brest" qarşılaşmasında hesab 2:1 olub.

Oyunda hesabı meydan sahibləri açıblar. 41-ci dəqiqədə Pavel Sulk fərqlənib. 45+1-ci dəqiqədə isə Abner komandasının ikinci qolunu vurub. Qonaqlar 87-ci dəqiqədə Ebimbe ilə təsəlli qolunu vurub.

"Lion" qələbə ilə xallarını 33-ə çatdıraraq dördüncü pilləyə qalxıb. "Brest" isə 22 xalla 10-cudur.

22:27

Liqa 1-in növbəti qarşılaşması "Renn" və "Havr" arasında keçirilib.

İdman.Biz xəbər verir ki, oyun 1:1 hesabı ilə bitib.

Qolları qonaq komandanın heyətindən 69-cu dəqiqədə Feliks Mambimbi, "Renn"dən isə 86-cı dəqiqədə Breel Embolo vurub.

Bu oyundan sonra "Renn" 31 xalla beşinci, "Havr" isə 19 xalla 14-cüdür.

22:15

İdman.Biz xəbər verir ki, Fransa Liqa 1-in 18-ci turu çərçivəsində "Nant" "Paris" komandasını qəbul edib.

Oyunda hesabı erkən qolla qonaqlar açıb. Altıncı dəqiqədə Kebbal fərqlənib. 50-ci dəqiqədə Mattis Abline hesabı bərabərləşdirib. Qonaqların qələbə qolunu 78-ci dəqiqədə Luka Koleoşo vurub.

Bu qələbə "Paris"ə 19-cu xalını qazanmağa yardım edib. "Nant"ın isə 14 xalı var. Komandalar müvafiq olaraq turnir cədvəlində 13 və 16-cı yerdədir.

20:04

Fransa Liqa 1-in 18-ci turu çərçivəsində keçirilən “Strasburq” - “Mets” qarşılaşmasında sevinən ev sahibi olub.

İdman.Biz xəbər verir ki, “Strasburq” 2:1 hesabı ilə qələbə çalıb.

İlk qol 12-ci dəqiqədə “Strasburuq”un oyunçusu Moreyradan gəlib. Qonaqların cavab qolunu Hein 24-cü dəqiqədə penaltidən vurub. Ev sahibi komandanın qələbə qolunu isə 44-cü dəqiqədə Martial Qodo vurub.

Qələbə sayəsində “Strasburq” xallarını 27-yə çatdıraraq yeddinci pilləyə yüksəlib. “Mets” isə 12 xalla sonuncudur.

İdman.Biz
Məqalədə: