Andrey Demçenko: “Nəticə önəmli deyildi, əsas məqsəd məqamları yoxlamaq idi”

Xəbərlər
18 Yanvar 2026 16:46
36
Andrey Demçenko: “Nəticə önəmli deyildi, əsas məqsəd məqamları yoxlamaq idi”

“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko “Zaqatala” ilə keçirilən yoxlama oyunundan sonra fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, ukraynalı mütəxəssis qarşılaşmanın əsas məqsədinin nəticə yox, müəyyən məqamların yoxlanılması olduğunu bildirib.

Demçenkonun sözlərinə görə, komandanın hələ öyrənməli olduğu bir sıra nüanslar var:

“Bu oyun digər iki matç kimi müəyyən məqamları yoxlamaq üçün idi. Hələ öyrənməli olduğumuz nüanslar var. Nəticə əhəmiyyətli deyildi. Futbolçuların onlardan istənilənləri nə dərəcədə mənimsədiklərini və bunu meydanda necə tətbiq etdiklərini yoxladıq”.

Baş məşqçi əvvəlki oyunlarla müqayisədə komandanın çıxışını daha müsbət qiymətləndirib:

“Əvvəlki görüşlərlə müqayisədə bu gün daha yaxşı oynadıq. Futbolçular onlardan istədiklərimizi qaytarmağa çalışdılar. Yaxşı qollar vurduq. Əlbəttə, səhvlərimiz oldu və onları aradan qaldırmaq üçün işləməliyik”.

Demçenko hazırlıq müddətinin qısa olduğunu da vurğulayıb:

“Ümumilikdə 13–14 gün hazırlıq keçdik. Bu müddət futbol üçün vaxt baxımından azdır, möcüzə yaratmaq mümkün deyil. Amma buna baxmayaraq, pozitiv geridönüşlər də gördük”.

İdman.Biz