“Fənərbağça” Kantedə sona yaxınlaşır: “Əl-İttihad” sıxışdırılır

Xəbərlər
18 Yanvar 2026 13:25
37
“Fənərbağça” Kantedə sona yaxınlaşır: “Əl-İttihad” sıxışdırılır

Türkiyənin “Fənərbağça” klubu N’Qolo Kantenin transferini rəsmiləşdirmək üçün səylərini davam etdirir.

İdman.Biz xəbər verir ki, sarı-lacivərtlilər fransız yarımmüdafiəçi ilə bütün şəxsi şərtlərdə razılıq əldə etsə də, danışıqlarda əsas maneə Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun tələb etdiyi transfer haqqıdır.

Türkiyə mətbuatının yazdığına görə, Ər-Riyad təmsilçisi Kante üçün 15 milyon avro (təxminən 30 milyon AZN) tələb edir.

Məlumata əsasən, “Fənərbağça” bu məbləği ödəmək niyyətində deyil. Klub 2,5 il + 1 il uzatmaq hüququ şərti ilə müqavilə bağlamağa razılaşdığı futbolçunun mövcud müqaviləsinin cəmi 6 ay sonra başa çatmasını əsas arqument kimi irəli sürür.

Bildirilir ki, “Fənərbağça” transferin yekunlaşması üçün birbaşa Kantenin özündən dəstək istəyib və futbolçunun “Əl-İttihad”a təzyiq göstərməsi gözlənilir. Hazırda tərəflər arasında danışıqlar davam edir və prosesin yaxın günlərdə aydınlaşacağı istisna edilmir.

İdman.Biz