Arbeloa Vinisiusa görə komandaya müraciət edəcək

Xəbərlər
18 Yanvar 2026 12:43
45
Arbeloa Vinisiusa görə komandaya müraciət edəcək

İspaniyanın “Real Madrid” klubunun baş məşqçisi Alvaro Arbeloa La Liqanın 20-ci turunda “Levante”yə qarşı 2:0 hesablı qələbədən sonra Vinisius Juniorla bağlı fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, Arbeloa sport.es-ə açıqlamasında komandanın hücum xəttində braziliyalı futbolçunun rolunu daha da artırmaq niyyətində olduğunu deyib.

Mütəxəssis bildirib ki, oyunçulardan Vinisiusa daha çox ötürmə etmələrini xahiş edəcək.

Arbeloa Vinisiusu dünyanın ən gözlənilməz futbolçularından biri adlandırıb və onu çalışdırmağın özü üçün böyük qürur mənbəyi olduğunu vurğulayıb. Baş məşqçinin sözlərinə görə, cinah hücumçusunun güclü tərəflərindən maksimum yararlanmaq üçün komanda daxilində bu istiqamətdə iş aparılacaq.

Cari mövsümdə Vinisius Junior bütün turnirlərdə 29 oyunda meydana çıxıb, altı qol vurub və səkkiz məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun “Real”la mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

“Transfermarkt” portalının məlumatına əsasən, Vinisius Juniorun bazar dəyəri 150 milyon avro təşkil edir (təxminən 277,5 milyon AZN).

İdman.Biz