“Real”ın məğlubiyyəti klubun rəsmi kanalının da səbir kasasını daşırdı

Xəbərlər
15 Yanvar 2026 12:43
50
“Real”ın məğlubiyyəti klubun rəsmi kanalının da səbir kasasını daşırdı

Madrid “Real”ı İspaniya Kubokunun 1/8 final mərhələsində “Albasete”yə 2:3 hesabı ilə sensasiyalı şəkildə məğlub olaraq turnirlə vidalaşıb.

İdman.Biz xəbər verir ki, bu məğlubiyyətə klubun öz kanalı da tənqidi yanaşıb.

“Bu, “Real” üçün çox pis imicdir. Bu oyunda özümüzü heç cür göstərə bilmədik. Yeni baş məşqçi günahkar deyil. Komanda üç gün ərzində iki titulu itirdi. Hər şey dəyişməlidir. Oyunumuzu mümkün qədər tez yaxşılaşdırmalıyıq”, – klub televiziyasında yayımlanan süjetdə qeyd edilib.

Qeyd edək ki, baş tutan qarşılaşma Alvaro Arbeloa üçün “Kral klubu”nun sükanı arxasında ilk oyun olub. Bir neçə gün əvvəl isə Xabi Alonso komandanı tərk edib.

İdman.Biz
Məqalədə: