Salah yarımfinalda kölgədə qaldı, Mane oyunda ən yüksək qiymət aldı

Xəbərlər
15 Yanvar 2026 09:36
41
Salah yarımfinalda kölgədə qaldı, Mane oyunda ən yüksək qiymət aldı

Misir millisinin hücumçusu Məhəmməd Salah Afrika Millətlər Kubokunun yarımfinalında Seneqal yığmasına qarşı oyunda özünü göstərə bilməyib.

İdman.Biz xəbər verir ki, qarşılaşma misirlilərin minimal hesablı məğlubiyyəti ilə başa çatıb.

Oyunda yeganə qolu 78-ci dəqiqədə Sadio Mane vurub və statistik portal “WhoScored”un versiyasına görə matçın ən yüksək qiymətini alıb (8,03).

Salah isə start heyətində meydana çıxan futbolçular arasında ən aşağı balı toplayıb (5,95).

“Liverpul”un futbolçusu oyun ərzində qapıya zərbə endirməyib, rəqib cərimə meydançasında topa toxunmayıb.

Finalda Seneqal Mərakeş millisi ilə üz-üzə gələcək.

İdman.Biz