Faciə iki klubu birləşdirdi

Xəbərlər
14 Yanvar 2026 14:06
39
Faciə iki klubu birləşdirdi

Braziliyanın “Şapekoense” futbol klubu İtaliyanın “Torino” klubuna jest olaraq yeni formasını məhz Turin təmsilçisinin rənglərində təqdim edib.

İdman.Biz xəbər verir ki, hər iki klub tarixində ağır aviaqəzalar yaşayıb və bu faciələr onları illər sonra bir-birinə yaxınlaşdırıb.

“Torino”nun komandası 1949-cu ildə baş verən təyyarə qəzasında həlak olmuşdu. “Şapekoense” isə 2016-cı ildə Kolumbiyada yaşanan aviaqəza nəticəsində əsas heyətinin böyük hissəsini itirmişdi.

Bu ortaq ağrı iki klub arasında dostluq münasibətinin yaranmasına səbəb olub. Beş il əvvəl Turin klubu “Şapekoense”yə hörmət olaraq yaşıl rəngdə forma hazırlamışdı. İndi isə Braziliya klubu cavab jesti edərək tünd qırmızı rəngli dəsti təqdim edib.

Beləliklə, futbol bu dəfə nəticələr və titullar yox, yaddaş və hörmət üzərində birləşdirici rol oynadı.

İdman.Biz
Məqalədə: