Matteo Genduzi üçün rekord təklif

Xəbərlər
7 Yanvar 2026 15:00
59
Matteo Genduzi üçün rekord təklif

Türkiyənin “Fənərbağça” klubunun Fransa millisinin və İtaliyanın “Latsio” klubunun yarımmüdafiəçisi Matteo Genduzi üçün rekord məbləğdə transfer təklifi irəli sürdüyü bildirilir.

İdman.Biz xəbər verir ki, italiyalı jurnalist Canluka Di Marzionun məlumatına görə, “Fənərbağça” “Latsio” ilə 28 milyon avro + 2 milyon avro bonus olmaqla ümumilikdə 30 milyon avroluq (30 milyon AZN) bonservis məbləği üzərində razılıq əldə edib.

Bu transfer baş tutacağı halda Genduzi “Fənərbağça” tarixinin ən bahalı futbolçusu olacaq və klub rekordunu yeniləyəcək.

Məlumata əsasən, “Latsio”nun yanvarın 11-də İtaliya A Seriyasında “Verona” ilə səfər matçından sonra futbolçunun İstanbul şəhərinə yollanması gözlənilir.

Matteo Genduzi futbol karyerasına Fransanın PSJ klubunun akademiyasında başlayıb. Daha sonra “Lorient”, İngiltərənin “Arsenal”, Almaniyanın “Hertha Berlin” və hazırda çıxış etdiyi İtaliyanın “Latsio” klublarında forma geyinib.

26 yaşlı yarımmüdafiəçi bu mövsüm “Latsio”nun heyətində 16 oyuna çıxıb, iki qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.Biz