“Sabah” Umarali Rahmonaliyev üçün Rusiya klubuna 400 min avro ödəyib - İDDİA

Xəbərlər
7 Yanvar 2026 11:25
64
“Sabah” Umarali Rahmonaliyev üçün Rusiya klubuna 400 min avro ödəyib - İDDİA

“Sabah” futbol klubunun Rusiyanın “Rubin” komandasından Umarali Rahmonaliyevin transferi üçün ödədiyi məbləğ məlub olub.

İdman.Biz realnoevremya.ru-ya istinadla xəbər verir ki, Bakı təmsilçisinin özbəkistanlı yarımmüdafiəçi üçün 400 min avro transfer haqqı ödədiyi iddia olunub.

Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi ilə üç illik yeni müqavilə imzalanıb.

İdman.Biz