“Barselona” və “Bavariya” 21 yaşlı müdafiəçiyə maraq göstərir

Xəbərlər
5 Yanvar 2026 15:02
54
“Barselona” və “Bavariya” 21 yaşlı müdafiəçiyə maraq göstərir

İspaniyanın “Barselona” və Almaniyanın “Bavariya” klubu “Leççe”nin mərkəz müdafiəçisi Tiaqo Qabrielə maraq göstərir.

İdman.Biz bu barədə “Goal” nəşrinə istinadən məlumat yayır.

İtaliya klubu 21 yaşlı futbolçunu yanvar ayında buraxmağı planlaşdırmır.

“Leççe” rəhbərliyi oyunçunu ən azı mövsümün sonunadək komandada saxlamaq niyyətindədir. Hazırda klub Tiago Qabrieli gələcək planlarının əsas fiqurlarından biri hesab edir.

Tiago Qabriel “Leççe”nin müdafiə xəttində əsas oyunçulardan biridir və bu mövsüm sabit çıxışı ilə diqqət çəkib.

21 yaşlı futbolçu fiziki gücü, hava toplarındakı üstünlüyü və oyun quruculuğundakı etibarlılığı ilə seçilir.

İdman.Biz
Məqalədə: