Xabi Alonso Mbappenin Superkubokda iştirakına ümid edir

Xəbərlər
5 Yanvar 2026 11:12
69
Xabi Alonso Mbappenin Superkubokda iştirakına ümid edir

Madrid “Real”ının baş məşqçisi Xabi Alonso Kilian Mbappenin İspaniya Superkubokunda oynaya biləcəyini istisna etməyib.

İdman.Biz bu barədə “Mundo Departivo”ya istinadən məlumat yayıb.

Mütəxəssis futbolçunun vəziyyətinin komandanın Səudiyyə Ərəbistanına yola düşəcəyi ərəfədə həll olunacağını bildirib.

Sol diz bağlarında dartılma aşkar olunan Mbappe bu səbəbdən La Liqada “Betis”lə keçirilən oyunda iştirak etməyib.

Alonsonun sözlərinə görə, fransalı hücumçu hələlik heyətdən tam çıxarılmayıb və ona şans verilir.

Baş məşqçi eyni zamanda Mbappenin Superkubokunun keçiriləcəyi Səudiyyə Ərəbistanına komanda ilə birgə gedəcəyini təsdiqləyib.

İdman.Biz