"Sabah" legionerlərindən daha birini komandada saxlamaq istəyir.
İdman.Biz xəbər verir ki, bu barədə sportal.az saytına bildirilib.
Klubun işbirliyini davam etdirmək istədiyi oyunçu İqor Noqeyradır.
Məşqçilər korpusunun etimadını qazanmış braziliyalı özü də, "Sabah"da qalmağa müsbət yanaşır.
Onun müqavilə müddəti mövsümün sonunda başa çatacaq. Braziliyalının müqavilə müddəti daha bir illik artırıla bilər.
30 yaşlı futbolçu “Gent”, “Fluminense”, “Jil Visente”, “Mazatlan”, “Yuventude”, “Santa Klara”, “Çaveş” kublarında oynadıqdan sonra 2024-cü ildə “Sabah”a keçmişdi.
